Ordubaddakı və Bakıdakı ofislərdə yoxlamalar başlayıb
Naxçıvanda Sürət Kargo MMC-nin ofisində yoxlamalar başlayıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, yoxlamalar şirkətin Naxçıvan şəhəri Təbriz küçəsi, 1 ünvanındakı mərkəzi ofisində və anbarlarında aparılır.
Məlumata görə, adıgedən şirkət həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının daşınmasını həyata keçirir. Sürət Kargo MMC Azərbaycan Respublikasında və Türkiyə Cumhuriyyətində qeydiyyatdan keçib və hər iki ölkədə özünəməxsus ofislərində fəaliyyət göstərir.
Şirkət Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbova məxsusdur və bölgədə bu sahədə monopoliyaçı kimi tanınır.
Son anda aldığımız məlumata görə, Sürət Kargo MMC-nin Ordubaddakı və Bakıdakı ofislərində də yoxlamalar başlayıb.
OXŞAR XƏBƏRLƏR
16:23
948
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
16:22
912
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
16:21
841
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
17:19
1169
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
17:18
1124
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
17:18
1117