Operativ Qərargah: Toy və yaslarla bağlı qadağa qüvvədədir
“Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron rayonu karantindən tədricən çıxacaq”.
APA TV-nin məlumatına görə, bunu bu Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib:
“Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda tədricən, digər rayonlarda isə karantindən çıxmaq sürətlə həyata keçiriləcək. Bunu karantin rejimindən iki fərqli sürətlə çıxmaq kimi xarakterizə etmək olar”.
İbrahim Məmmədov bildirib ki, ötən iki həftədə yoluxma faktlarında azalma qeydə alınıb. Aprelin 27-dən sonra isə yoluxanların sayının artması müşahidə olunub, mayın 1-də yenə neqativ tendensiya müşahidə edilib:
TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, gələn həftə ilk modul tipli xəstəxana təhvil veriləcək.
TƏBİB sədri qeyd edib ki, qəbul edilən qərarlar zonalar üzrə epidemioloji vəziyyətə uyğun qərar qəbul edilib:
Qeyd edək ki, yeni növ koronavirus infeksiyası ilə bağlı Azərbaycanda xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı