Operativ Qərargah: İyunun 8-dən sonra Naxçıvana uçuşların bərpası gözlənilir
“Maskalardan istifadə edilmədiyinə görə cərimələrlə bağlı layihə Milli Məclisdədir”.
APA TV-nin məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. Onun sözlərinə görə, bir sıra məkanlarda maska taxmaq məcburi olacaq: “İctimai-iaşə müəssisələrində, qapalı yerlərdə, ictimai nəqliyyatda tənəffüs üzvlərini qoruyan maskalardan istifadə, sosial məsafənin qorunması məcburidir”.
İbrahim Məmmədov qeyd edib ki, xaricdə qalan vətəndaşlarımızın ölkəyə gətirilməsi məqsədi ilə iyunun birinci həftəsində ABŞ-dan çarter reysinin təşkil edilməsi nəzərdən keçirilir. Sabah isə Londondan 40-50 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək.
Həmçinin, mətbuat konfransında bildirilib ki, iyunun 8-dən sonra Naxçıvana olan uçuşlar və daxili uçuşların bərpası gözlənilir.
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə bildirib ki, məhdudiyyətlər aradan qalxdıqca koronavirusa yoluxma artır. Buna görə də vətəndaşlar daha da məsuliyyətli olmalıdırlar.
Ramin Bayramlı həmçinin qeyd edib ki, karantin rejimi dövründə tibb müəssisələri tam hazırlanıb və pandemiyanın ölkə ərazisində yayılması məhdudlaşdırılıb: “Ancaq məhdudiyyətlər götürüləndən sonra vətəndaşlarımızın qaydalara riayət etməməsi ilə yoluxma artır. Biz sərt karantin rejimindən çıxdıqda qaydalara riayət etməyi özümüzə aşılamalıyıq”.
Ramin Bayramlı şənbə və bazar günləri məhdudiyyətlərin tətbiqinin yenidən gündəmdə olduğunu da vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi