Onlayn yolla iranlıdan külli miqdarda narkotik aldı, sata bilmədi
Cəlilabadda saxlanılan paytaxt sakinlərindən 12 kiloqram narkotik vasitə aşkarlanıb.
Onlayn yolla İran vətəndaşından əldə etdikləri külli miqdarda narkotik vasitəni Bakı şəhərinə gətirərək burada satışını təşkil etmək istəyən şəxslər Cəlilabadda saxlanılıblar. Onlardan 12 kiloqramdan artıq narkotik vasitə və güclü təsiredən xassəyə malik həblər aşkarlanıb.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Bakı şəhər sakinləri Oktay Quliyev və Marif Quliyev saxlanılıblar.
Keçirilən baxış zamanı Oktay Quliyevin əlindəki qara rəngli torbadan və Marif Quliyevin üzərindən ümumilikdə 5 kiloqramdan artıq heroin, 4 kiloqram həşiş qatranı, 3 kiloqram marixuana və 250 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Cəlilabad polisinin keçirdiyi digər əməliyyatla isə rayon ərazisində narkotik vasitə və psixotrop maddələrin satışını təşkil etməkdə şübhəli bilinən Şəhriyar Əliyev saxlanılıb. Onun yaşadığı evdən külli miqdarda müxtəlif növ güclü təsiredən xassəyə malik narkotik vasitələr, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb.
Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktlarla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib