Oman sultanı 79 yaşında vəfat edib
Oman sultanı Qabus bin Səid Əl Səid uzun sürən xəstəlikdən sonra 79 yaşında vəfat edib.
APA Tv xəbər verir ki, bu barədə şənbə günü dövlət başçısının Katibliyinin "Twitter" hesabında bildirilib.
Sultan Qabusun ölümü ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib, 40 gün müddətinə dövlət bayraqları endirilib.
Qeyd edək ki, sultan 2015-ci ildən etibarən xərçəng xəstəliyindən əziyyət çəkidri. Belçikanın klinikalarından birində müalicə olunan Qabus Bin Səid ötən il dekabrın sonunda vətəninə qayıtıb.
Digər ərəb liderlərindən fərqli olaraq, Qabus varis adını açıqlamayıb. Buna görə də növbəti sultanın kim olacağı hələlik bilinmir.
OXŞAR XƏBƏRLƏR
17:47
359
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
260
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
258
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
790
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
758
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
776