Ölkəmizdə iş günlərinin sayı azaldıla bilərmi?
Azərbaycanda bir neçə il əvvəl 6 günlük iş rejimindən qismən 5 günlük iş rejiminə keçildi. Bu gün isə bəzi ölkələr 5 günlük iş rejimindən 4 günlük iş rejiminə keçidi müzakirə və tətbiq etməyə başlayıblar. Məsələn, Qazaxıstan yeni sistemin tətbiqini ilk sınayan ölkələrdəndir. Bəs görəsən Azərbaycanda necə, 4 günlük iş rejiminə keçid mümkündürmü?
İqtisadçı ekspert Eldəniz Əmirov bildirdi ki, Azərbaycanda da Qazaxıstandakı kimi “Əmək Məcəlləsi”ndə dəyişiklik edilə bilər, amma...
“Bəs bu insanlara doğrudanmı böyük effekt verəcək? Bu məhsuldarlığa nə kimi təsir göstərəcək? Bunlar açıq suallardır. Təbii ki, yaxşı olardı ki, məhsuldarlıq yaxşı olsun, bir insan 5 gündə gördüyü işi 4 gündə görə bilsin, həftənin 3 günü də istirahət etsin, bu optimaldır. Amma dünyanın inkişaf etmiş ölkələrində belə əmək məhsuldarlığı o səviyyədə deyil. Azərbaycanda inanmıram ki, yaxın 10 ildə bu rejimə keçilə bilinsin”.
Ekspertin sözlərindən bu qənaətə gəlmək olar ki, 4 günlük iş rejimi yaxın gələcəkdə real görünmür. İş günlərinin sayının azalmasını istəyənlər hələ azı 10 il gözləməli olacaq.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər