Ölkələrinə gedə bilməyən təyyarələr Bakıya məcburi eniş etdilər
Banqkok-Tbilisi marşrutu üzrə reys həyata keçirən Malayziyanın AirAsia aviaşirkətinin təyyarəsinin kapitanı təyinat məntəqəsində duman olduğuna görə Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş sorğusu göndərib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.
“Airbus-330” təyyarəsi yerli vaxtla saat 09:13-də Bakı hava limanına eniş edib. Həmçinin səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportu duman səbəbindən Tbilisi hava limanına eniş edə bilməyən Polşanın LOT aviaşirkətinin təyyarəsini qəbul edib. Hava gəmisi saat 07:46-da Bakı hava limanından təyinat yerinə yola düşüb”.
Bundan başqa, əlverişsiz hava şəraiti ucbatından Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisi də uçuşu gerçəkləşdirə bilməyib.
Təyyarə saat 09:18-də geri dönərək Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib