Ölkədə nə qədər avtomobil var? - DYP AÇIQLADI
Avtomobil qəzalarında ölən və xəsarət alan şəxslərin sayı ötən illərlə müqayisədə azalıb.
APA TV xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru İkram Məmmədov deyib. O bildirib ki, ötən 3 ilə yaxın müddətdə avtomobil qəzalarının qarşısının alınması və ağırlıq dərəcəsinin aşağı salınması sahəsində dayanıqlı müsbət təmayül qeydə alınıb: "Statistikaya əsasən dövlət müstəqilliyindən əvvəlki dövrdə il ərzində yol-nəqliyyat hadisələrində orta hesabla 1300-dək şəxs həlak olur, 4 minə yaxın insan xəsarət alırdı. Həmin vaxt ölkədə 387 665 minik avtomobili olub. İndi isə avtomobillərin sayı 4 dəfə artaraq 1.620.910-a çatıb. Amma buna baxmayaraq qəzalarda ölənlərin sayı 2 dəfə, xəsarət alanların sayı isə təxminən 2,5 dəfə azalıb".
Polis mayoru qeyd edib ki, Avropa Komissiyasının hesablamalarına əsasən, əhalinin hər 100 min nəfərinə nisbətdə yol-nəqliyyat hadisələrində həlak olanların sayına görə respublikamız dünyada 28-ci yerdədir.
Semral Cavad,
Fariz Quluyev,
APA TV
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi