Öləndə cibindən üçrəngli bayrağımız çıxdı – Şəhid Tamerlan Soltanbəylinin döyüş yolu
Qarabağdakı antiterror tədbirləri zamanı şəhid olan hərbiçimizdən biri də kiçik çavuş Tamerlan İmran oğlu Soltanbəylidir. 26 yaşlı hərbçimiz Qəbələ rayonunun Tüntül kəndində doğulub boya başa çatıb. Tamerlangil ailədə 3 uşaq olublar. O həqiqi hərbi xidməti başa vurduqdan sonra, 2020 - ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu kimi xidmətə başlayıb daha sonra xidmətini kiçik çavuş olaraq davam etdirib. Yaxınlarının sözlərinə görə o, hərbi xidmətdə fərqləndiyinə görə müxtəlif mükafatlar da alıb. Həm də 44 günlük Vətən müharibəsi iştirakçısı olub. Qeyd edək ki, Soltanbəyli Tamerlan vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə o ”Xocavəndin azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. İlham Əhmədov, Taleh İbrahimov, APA TV
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi