Ölən və yaralılar var: 2 maşın toqquşdu - BİRİ DÖVLƏT QURUMUNA MƏXSUSDUR
Yevlaxda ağır yol qəzası baş verib.
APA TV -nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Xanabad kəndi ərazisində qeydə alınıb.
“VAZ 2106” və “Mitsubishi” markalı avtomobillər əsaslı təmir aparılan yolda toqquşub. Nəticədə 1966-cı il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu yerindəcə ölüb. Onun biri sürücü olan iki oğlu - 1986-cı il təvəllüdlü Əli və 1988-ci il təvəllüdlü Mahal Məmmədkərimovlar, həmçinin 1992-ci ildə anadan olan yaşıdlar - Orxan Allahverdiyev və Turan Pirməmmədov Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Dövlət Avtomobil Yolları Agentliyinə məxsus “Mitsubishi”də xəsarət alan yoxdur.
Qəzanın yüksək sürət həddi ilə balı olduğu deyilir.
Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:50
256
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
269
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
259
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
891
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
899
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
897