Oğuzda qorxu dolu anlar: Beş nəfər xəsarət aldı
Oğuzda iki minik avtomobili toqquşub, ikisi azyaşlı olmaqla beş nəfər xəsarət alıb.
Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsində baş verib.
“Opel Astra” markalı və Wolsvagen passat” markalı iki minik avtomobili toqquşub. İlkin məlumata görə, qəza zamanı beş nəfər xəsarət alıb. Bunlar Oğuz rayon sakinləridi. Yaralılardan dörd nəfər 1989-cu il təvəllüdlü Rahib Musahib oğlu Aydınov, 1997-ci il təvəllüdlü Nüşabə Vüqar qızı Cəfərli, 2016-cı il təvəllüdlü Yağmur Elvin qızı Cəfərli və 2014-cü il təvəllüdlü Qönçə Zahid qızı Aydınlı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Daha bir yaralı Oğuz rayon sakini 1982-ci il Muxtar Mürşüd oğlu Muradovun xəsarəti ağır olduğundan Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb