Oğuzda narkotik becərən iki kişi tutuldu
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əkini ilə məşğul olan iki nəfəri yaxalayıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, iyulun 29-da polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şirvanlı kəndindəki meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 21 ədəd narkotik tərkibli çətənə kolu və 310 qram qurudulmuş marixuana aşkar edilib. Keçirilmiş tədbirlərin davamı olaraq həmin çətənə kollarını becərən şəxslərin Xocalı rayonunun Cəmilli kənd sakini, əvvəllər məhkum olunmuş 48 yaşlı Tofiq Cavadov və Oğuz rayon sakini, 45 yaşlı Firuz Mehdiyev olduğu müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Tofiq Cavadov və Firuz Mehdiyev ifadələrində narkotik tərkibli bitkiləri şəxsi istifadələri üçün becərdiklərini bildiriblər. Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."