Oğuzda iki maşın toqquşdu, 91 yaşlı sərnişin öldü
Oğuzda baş verən ağır yol qəzasında 91 yaşlı kişi ölüb.
APA TV-nin məlumatına görə, hadisə rayonun Qumlaq kəndi ərazisində baş verib. Oğuz rayon sakinin idarə etdiyi “Ford” markalı yük maşını ilə rayonun Qumlaq kənd sakini 67 yaşlı Yusif Abdulqədir oğlu Ramazanovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili toqquşub.
Qəza zamanı xəsarət alan Yusif Ramazanov və onun sərnişini olan həmkəndlisi, 91 yaşlı Əhməd Asim oğlu Rəhimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Yaralıların vəziyyətləri ağır olduğundan, onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Yaralılardan 91 yaşlı Əhməd Rəhimovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək