Oğuzda güclü külək bir sıra fəsadlar törədib
Oğuz rayonunda güclü külək bir sıra fəsadlar törədib.
APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saat 15 radələrində rayon ərazisində qeyri-sabit hava şəraiti hökm sürüb, güclü küləklə müşahidə edilən qısa müddətli leysan yağışı və bəzi ərazilərə dolu yağıb.
Güclü külək nəticəsində bir sıra ərazidə ağacların iri budaqları, yüksək gərginlikli elektrik naqilləri qırılıb, rayonun bir-sıra ərazilərinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu Dəymədağlı kəndi ərazisindən keçən hissəsinin kənarında yeni tikilən ticarət binasının dam örtüyünü külək uçurub.
Hazırda müvafiq qurumlar güclü külək nəticəsində yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər aparır.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi