Oğuzda dağlıq-meşəlik ərazidə yanğın baş verib
Oğuzda dağlıq-meşəlik ərazidə yanğın baş verib.
APA TV-nin məlumatına görə, Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Oğuz rayonu ərazisində başlayan yanğın nəticəsində bir hektardan çox ərazi yanıb.
Yanğın nəticəsində kol-kos, xəzəl və quruyan ağac budaqları yanıb. Yanğının söndürülməsi üçün əraziyə Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 50 nəfər canlı qüvvəsi, həmçinin müvafiq qurumların əməkdaşları cəlb edilib.
Yanğın məhdudlaşaraq genişlənməsinin qarşısı alınıb.
OXŞAR XƏBƏRLƏR
19:48
611
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
605
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
619
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
329
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
324
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
333