Oğurlanan 2 yaşlı uşağın atası tutuldu
Sabunçu rayonunda 2 yaşlı M.Şıxalıyevin oğurlanması ilə bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə Cinayət İşi başlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə veriləm məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hadisə ilə bağlı Gültəkin Muradova ilə birlikdə qeyri-rəsmi nigahda olan Ağdam rayon sakini Şamil Əliyev, uşağın atası Elgün Nəsirov da istintaqa cəlb ediliblər. İstintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, 2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR
16:29
730
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
722
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
1293
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
955
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
910
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1782