Oğurladıqları maşının nömrəsini dəyişib iş dalınca getdilər
Göyçay Rayon Polis Şöbəsinə müraciət edən vətəndaş ona məxsus “VAZ-2106” markalı avtomobilin martın 25-i gecə saatlarında yaşadığı binanın qarşısından naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırıldığını bildirib.
APA TV-nin yerli bürosuna verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsi şəhər ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb. Davam etdirilən tədbirlərlə avtomobili qaçıran şəxslərin əvvəllər məhkum olunmuş şəxslər - Mirqadir Həşimov və İlqar Mustafayev olduqları müəyyən olunub. Onlar tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər avtomobili qaçırdıqdan sonra onun dövlət nömrə nişanını dəyişiblər və işləri ilə əlaqədar Ağdaş rayonuna gediblər. Daha sonra Göyçaya qayıdan dostlar nəqliyyat vasitəsinin akkumulyatorunu, maqnitofonunu, eləcə də digər avadanlıqlarını götürərək avtomobili tərk ediblər.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Şahnəzər Bəşirov
OXŞAR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir