Oğurladığı pulla özünə maşın aldı
Paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində yaşayan vətəndaş M.Yüzbirovun evindən oğurluq edilib.
APA TV-nin xəbərinə görə, zərərçəkən bu barədə Səbail Rayon Polis İdarəsinə müraciət edərək, evdə olmadığı müddətdə mənzildən 12 500 ABŞ dolları pulun oğurlandığını bildirib.
Polislər tərəfindən hadisə yerinə baxış keçirilib və müvafiq istintaq-əməliyyat tədbirlərinə başlanılıb. Səbail RPİ-nin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Mübariz Zülfüqarov tutularaq istintaqa təqdim edilib. O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib. Araşdırma zamanı müəyyən edilib ki, M.Zülfüqarov mənzildən oğurluq edəndən sonra həmin pulla özünə yeni avtomobil alıb.
Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.
Polis əməkdaşları M.Zülfüqarovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Səbail RPİ-yə müraciət edə bilərlər.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."