Oğurladığı malı həmin dükana satdı - ANBAAN VİDEO
Bakıda qeyri-adi oğurluq hadisəsi olub. APA TV Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxt ərazisindəki oyuncaq mağazalarından birində qeydə alınıb. Belə ki, naməlum şəxs mağazaya daxil olur və qapını açan kimi vitrindəki məhsulun birini götürür. Daha sonra kassaya yaxınlaşaraq, əlindəki qutunu keçən həftə aldığını və geri qaytarmaq istədiyini bildirir. Hətta kassirlə danışarkən, “alınmırsa canınız sağ olsun” deyə, səmimilik görüntüsü də yaradır. Həmin məhsulun qiymətinin isə 25 manat olduğu bildirilir. Onun bu hərəkətləri mağazanın təhlükəsizlik kamerasına həkk olunub. Videonu səsləndirən mağaza sahibi isə dələduzun bu hərəkətini kinayə ilə "Oskar" mükafatına layiq olduğunu dilə gətirib.
OXŞAR XƏBƏRLƏR
18:25
757
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
16:29
858
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
16:25
764
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
16:59
1155
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
1065
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
16:56
965