Oğanın səsinin neçə faizi Ərdoğana gedəcək?
Bu bəyanatlar öz siyasi gələcəklərini formalaşdırmaq üçün vacibdir.
Axar.az məlumat yayıb ki, bunu “Sonar” araşdırma şirkətinin rəhbəri Hakan Bayraqçı keçmiş prezidentliyə namizəd Sinan Oğan və Zəfər Partiyasının sədri Ümid Özdağın qərarları ilə bağlı danışarkən deyib.
“Ümid bəy tərəfsiz qalsa, onu və partiyasını uğurlu gələcək gözləyir. Sinan Oğanın yığdığı 5,17% səsin 4.1%-i yüksək ehtimalla Rəcəb Tayyib Ərdoğana gedəcək. Heç bir izahat bu bölgünü dəyişdirməz. Açıqlamalar yalnız onların siyasi gələcəyində tutacaqları mövqe üçün vacibdir”, - Bayraqçı bildirib.
Qeyd edək ki, ötən gün ATA İttifaqının prezidentliyə keçmiş namizədi Sinan Oğan seçkilərin ikinci turunda Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bildirib.
ATA İttifaqının əsas aparıcı partiyası olan Zəfər Partiyasının başqanı Ümid Özdağ isə seçimini bu gün edəcək. Onun Millət İttifaqını (Kamal Kılıçdaroğlu) dəstəkləyəcəyi ehtimal edilir.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər