Ödünə görə xəstəxanaya gəldi, müayinədən çıxıb özünü binadan atdı - TƏFƏRRÜATLAR
Ödünə görə xəstəxanaya gəldi, müayinədən çıxıb özünü binadan atdı - TƏFƏRRÜATLAR Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında intihar hadisəsi baş verib. Hadisənin nədən baş verdiyini öyrənmək üçün klinikaya gəlmişik. Bizi içəri buraxmırlar. Məlum hadisə xəstəxananın Transplantologiya şöbəsində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Aysel Xəlilova özünü klinikanın 10-cu mərtəbəsindən atıb və 4-cü mərtəbənin eyvanına çırpılaraq vəfat edib. Bu hadisə sosoial mediada da müxtəlif iddiaların səsləndirilməsinə səbəb olub. Tibb Universitetinin mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə intihar edən qızın öd kisəsində problem varmış. Onu da qeyd edək ki, intihar edən xəstənin həkiminin Transplantologiya şöbəsinin dosenti Tarverdi Rzayev olduğu iddia edilir. Hüquq mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır. Hazırda Aysel Xəlilovanın yaxınları və xəstəxana əməkdaşları dindirilir. Araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi