Ödəmə terminallarını sındıraraq 9187 manat pul oğurladı – GƏNCƏDƏ ƏMƏLİYYAT
Gəncədə ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinin və “Təhlükəsiz şəhər” xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində ödəmə terminallarından oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də məhkum olunmuş, 29 yaşlı Emin Əsgərov saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, o, ayrı-ayrı vaxtlarda şəhərin müxtəlif yerlərindəki ümumilikdə 4 ödəmə terminalını sındıraraq 9187 manat nağd pulu oğurlayıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
13:54
1707
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
1689
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
2825
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1557
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1981
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
1152