Obyektlərdən və evlərdən oğurluq etdi
Şəki şəhərində yerləşən “Playstation” oyun zalından oğurluq edilib.
APA TV-nin yerli bürosununn verdiyi xəbərə görə, polis şöbəsinə müraciət edən zərərçəkən şəxs obyektdən 700 manat dəyərində televizorun oğurlandığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də məhkum olunmuş İlyas Nüybərov saxlanılıb.
Aparılan ilkin araşdırmalar zamanı onun daha iki evdən televizor və təmir-tikinti alətləri, eləcə də tanışı ilə birgə Şəki şəhəri ərazisində yerləşən şirniyyat mağazasından pul oğurladığı da müəyyən edilib.
Onun oğurladığı televizorlardan biri, eləcə də cinayətdə istifadə etdiyi alətlər və maska maddi sübut kimi götürülərək istintaqa təqdim edilib.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə İlyas Nüybərov barəsində həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ