“O olmasın, bu olsun”un Gülnazı vəfat etdi
Azərbaycan aktrisası, diktoru və mədəniyyət xadimi Tamara Gözəlova vəfat edib.
Bu barədə APA TV-yə mərhumun oğlu Vasif Ağamirov xəbər verilib. O bildirib ki, anası uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib. Bu gün günorta saatlarında isə vəfat edib. Mərhum bu gün dəfn ediləcək.
Qeyd edək ki, Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-ə qədər Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb.
1956-1959-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan Tamara Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub.
Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.
Allah rəhmət eləsin.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi