NZS-də həqiqətən ağacları məhv edib, şəhid bulağı tikirlər?
Ötən gün NZS qəsəbəsi, Zakir Yusibov adına 194 nömrəli tam orta məktəbin dəmir hasarına 3 metr məsafədə, yolun düz kənarında, səki üzərində ağacların ətrafında hörgü işlərinin aparılması ilə bağlı sujet hazırlamışdıq.
Nə qədər araşdırsaq da, sahibkarın kimliyini, tikintinin kimin tapşırığı əsasında aparıldığını öyrənə bilməmişdik. Ərazidə isə tikinti ilə bağlı heç bir məlumatlandırıcı lövhəyə, yazıya rast gəlməmişdik. Sakinlər isə bildirmişdilər ki, bu tikintinin təyinatı onlara da bəlli deyil. Onların sözlərinə görə, 20 gündən çoxdur ki, bu həmişəyaşıl ağacların ətrafında hörgü işlərinə başlanılıb.
Bu gün APA TV-nin qaynar xəttinə Reyhan Rüstəmova adlı şəxs zəng edərək şəhid anası olduğunu, həmin ərazidə isə hansısa bir obyekt deyil, oğlunun adına bulaq tikildiyini söylədi. Reyhan Rüstəmova bütün aidiyyatı qurumların məsələdən xəbərdar olduqlarını, hamısından icazə alındığını da iddia etdi.
Xəbərlərinin olub-olmadığını öyrənmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxladıq. Hər iki qurumdan bldirildi ki, ərazidəki tikinti işləri ilə bağlı onlara müracət ünvanlanmayıb.
Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov isə bildirdi ki, artıq əraziyə baxış keçiriblər və tiknitinin qanunsuz olduğu aşkarlanıb:
“Tikintinin yolun kənarında aparılması və ağacların hasara alınması qanunsuzdur. Sadəcə, şəhid anası ola bilər ki, qanunları bimədiyi üçün orada tikintiyə başlayıb. Ağacın əraziyə salınması tamamilə yolverilməzdir. Azərbaycan hüquqi dövlətdir və onun qanunları şəhid, qazi ailələri, eləcə də digər imtiyazlı insanlar üçün də alidir. Hər kəs kimliyindən asılı olmayaraq, qanuna riayət etməlidir”.
Pənah Hüseynov artıq tikinti işlərinin dayandırıldığını da söylədi.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ