Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib
ABŞ-ın Nyu-York şəhərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.
Aksiya iştirakçılarının APA TV-yə verdiyi açıqlamaya görə, Birləşmiş Millətlər Təşkilatının binası qarşısında keçirilən aksiya daha sonra Ermənistanın Nyu-Yorkdakı nümayəndəliyi qarşısında davam edib.
Aksiyada "Erməni işğalına son", "Erməni aqressiyasına son", "Şəhidlər ölməz, vətən bölünməz" və digər şüarlar səsləndirilib. Nyu-York, Bostan, Nyu-Cersi, Konnektikut və Massaçusest ştatlarında olan təxminən 250 azərbaycanlı BMT-nin binası qarşısında aksiya keçirdikdən sonra polis nəzarəti ilə təxminən 3-4 kilometr yürüş edərək Nyu-Yorkdakı Ermənistan nümayəndəliyinin qarşısına gediblər. Ermənistan nümayəndəliyi qarşısında az sayda ermənilər olub.
Ermənilər təxribata cəhd etsələr də, qarşısı alınıb. Aksiyada çoxlu sayda maşınlar üzərində Tovuz şəhidlərimizin övladlarının fotoları vurulub və aksiya iştirakçılarını bayraqlarla müşayiət ediblər.
Aksiyada azərbaycanlılarla yanaşı, Türkiyə diasporunun nümayəndələri də iştirak edib.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi