Novxanıda narkotacir tutuldu - XÜSUSİ ƏMƏLİYYAT
Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Abşeron rayonu Novxanı qəsəbəsində keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini İsrafil Aslanov tutulub. Onun yaşadığı evin yardımçı otaqlarından birinə baxış zamanı xüsusi qulluq edilərək yetişdirilən çətənə kolları və ümumi çəkisi 4 kiloqram 35,483 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq İ.Aslanovun yaşadığı evə baxış zamanı isə oradan əlavə 34 bükümdə satış üçün hazır qablaşdırılan 2,450 qram heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində Novxanı qəsəbəsində narkotik vasitələri satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı İ.Aslanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."