Novruzda polis gücləndirilmiş iş rejimində işləyəcək
Ölkəmizdə Koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər.
Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, polisin gücləndirilmiş iş rejimindəki fəaliyyəti Novruz bayramı günlərində də davam etdiriləcək.
Belə ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə daxili işlər orqanlarının şəxsi heyəti novruz bayramı günlərində ictimai asayişin daha nümunəvi qorunması məqsədi ilə mart ayının 20-dən 27-dək gücləndirilmiş iş variantında xidmət edəcəklər.
OXŞAR XƏBƏRLƏR
17:21
1071
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1116
Növbəti köç karvanları yola salınıb
13:38
1131
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
944
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1073
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2983