Nişanını qaytaran qızın bacısı komaya düşdü - MALİYYƏ ŞÖBƏSİNDƏ İŞLƏYİR
Gəncədə döyülmə faktı qeydə alınıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı qaçqın şəhərciyində qeydə alınıb.
Bacısının keçmiş nişanlısı tərəfindən xəsarət yetirilən 1998-ci il təvəllüdlü Qəmbərova Validə Rauf qızı kələ-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin təfərrüatına gəlincə - 21 yaşlı Validə Qəmbərova bacısı ilə keçmiş nişanlısı dava edərkən onları sakitləşdirmək istəyib. Bu zaman oğlan onu itələyib. Yıxılaraq başından xəsarət alan V.Qəmbərovanın komaya düşdüyü bildirilir.
Mübahisə isə qızın nişanı qaytarmasından sonra yaranıb. Səbəb onun oğlanın başqa qızla münasibətindən şübhələnməsidir. Qeyd edək ki, xəsarət alan V.Qəmbərova Kəlbəcər rayon Maliyyə şöbəsinin əməkdaşıdır. Bacısı isə Kəlbəcər rayon Mərkəzi Kitabxanasında işləyir. Adı açıqlanmayan oğlanın isə Gəncə Regional Elmi Mərkəzinin işçisi olduğu deyilir.
Faktla bağlı araşdırma başlanıb.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək