Nəzarətdən çıxan avtomobil ağaca çırpıldı - ŞƏKİDƏ AĞIR QƏZA
Şəkidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA TV-nin məlumatına görə, hadisə gecə saat 01:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonu Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Balakən rayon sakini, 1990-cı il təvəllüdlü İbrahim Rəhim oğlu Ağalarovun idarə etdiyi “Mersedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü İbrahim Ağalarov aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.
Avtomobildə olan sərnişin, Balakən rayon sakini 1995-ci il təvəllüdlü Günel Bəhram qızı Göyüşova isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəza zamanı sükan arxasında sıxılmış vəziyyətdə qalan İbrahim Ağalarovun meyiti Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir