Nərimanovun abidəsi yaxın günlərdə yerinə qaytarılacaq
Naxçıvan Şəhər İcra Hakimiyyəti Nəriman Nərimanovun Böyük bağ ərazisində yerləşən abidəsinin sökülməsi ilə bağlı məsələyə münasibət bildirib.
Məsələ ilə bağlı APA-nın yerli bürosuna açıqlama verən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Pəncalı Hüseynov qeyd edib ki, heykəl müəyyən səbəblərdən ərazidən götürülüb və qarşıdakı günlərdə yerinə qaytarılacaq: “Naxçıvanda yağıntılar səbəbindən heykəlin alt hissəsində çökmə baş vermişdi və bu səbəbdən heykəlin ətrafı hasara alındı və götürüldü. Bu gündən başlayaraq ərazidə bərkitmə işləri gedir, heykəlin yeri armaturla toxunur. İşlər başa çatdıqdan sonra Nəriman Nərimanovun heykəli yerinə bərpa ediləcək. İşlərin nə vaxt başa çatacağı isə hava şəraitindən asılıdır".
OXŞAR XƏBƏRLƏR
19:48
700
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
19:46
676
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
19:41
783
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
18:44
1228
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
18:43
1127
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
16:47
1349