Nəqliyyatda Su Polisi İdarəsindən uğurlu əməliyyat - 4 KQ NARKOTİK AŞKARLANDI
Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin alqı-satqısı və qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib. Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq) maddəsi ilə məhkum olunmuş Lənkəran şəhər sakini Elman Abdullayev Sütəmurdov çayının Xəzər dənizinə tökülən hissəsində polislər tərəfindən saxlanılıb. Elman Abdullayevin Polis İdarəsində üzərində şəxsi axtarış aparılan zaman onun əlindəki sellofan torbadan ümumi çəkisi 4 kiloqram 260 qram olan yüksək təsiredici xassəyə malik narkotik vasitəsi olan tiryək aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini bildirib. Qeyd edək ki, Elman Abdullayev narkotik vasitəni əldə edəndən sonra yaşadığı evə aparmayaraq dəniz kənarında gizlədib. O, başqalarının əlinə keçməməsi üçün narkotik vasitənin yerini mütəmadi olaraq dəyişdirirmiş. Sonuncu dəfə Elman Abdullayev narkotik vasitənin yerini dəyişdirən zaman su polisləri tərəfindən saxlanılaraq istintaqa təqdim edilib: “Özüm də bunun istifadəçisiyəm. Evimdə saxlamırdım. Qorxurdum, buna görə gizlədirdim. Nə vaxt lazım oldu, gedib götürüb istifadə edirdim”. Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."