Nənənin 1 nəvəsi, nəvənin 14 dəvəsi - ARANIN “SƏHRA GƏMİLƏRİ”
Bura hansısa ərəb ölkəsi deyil. Azərbaycan ərazisidir - dəqiq desək, Mingəçevir şəhəri ilə Yevlax rayonu arasındakı ərazi.
APA TV-nin yerli bürosunun məlumatına görə, bu ərazidə nə az, nə çox, düz 14 baş dəvədən ibarət təsərrüfat mövcuddur.
Bir neçə il öncə 2 dəvə ilə qurulan təsərrüfatı 7 dəfə çoxalıb. Say artımı heyvanların sürü şəklində, sərbəst dolaşmasını da labüd edib. Dəvələr ağır heyvan olsa da, onlar gəzməyi sevən canlılardır.
“Səhra gəmisi” adı qoyulan dəvələr bu ərazilərdə yaşayanların da, bölgəyə gələn qonaqların da, turistlərin də marağına səbəb olur.
Dəvələrlə şəkil çəkdirmək istəyənlər çoxdur. Onlara qulluq edən Gülgəz Allahverdiyeva ilə nəvəsi Mikayıl Allahverdiyev heyvanların qidası, artım dinamikası barədə maraqlananları məlumatlandırır.
Yeri düşmüşkən, dəvələr bu ərazilərdə tikanlı bitkilərlə qidalanır.
Nənə və nəvə 2 dəvədən 14 baş dəvəyə çatdırılan təsərrüfatı böyütmək, genişləndirmək istəyir.
Qiymətli tükü, yararlı südü, susuzluğa davamlılığı və yük götürmə qabiliyyəti… Bu özəllikləri dəvəçiliyin nə qədər faydalı olduğunu göstərir.
Ehtiram Muradov
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi