Nənəm deyirdi ki, ermənilər bura sonradan köçüb”
Bu eşitməyə belə dözmədiyimiz dəhşətlər Xankəndidə yaşanıb. Bəli, Xankəndidə. O şəhər ki, bir zamanlar Qarabağ xanlarının yaxınlarının yaşaması üçün salınmışdı. O şəhər ki, Gülüstan müqaviləsindən sonra çar imperiyası burda yaradılan hərbi hissədə qulluq göstərmək adı ilə xeyli ermənini köçürmüşdü. O şəhər ki, qaranlıq gecələri həmin ermənilərin burda yandırdıqları evlərinin alovuna aydınlandı, səmaları başları kəsilən, döyülən, diri-diri yandırılan azərbaycanlıların çığırtısına büründü. Bəli, indi dünyanı Xankəndinin onlara məxsus olduğuna inandırmağa çalışan ermənilər bu şəhərin, ətraf kəndlərinin əzəli camaatını güllədən keçirib, bu dünyada ikən cəhənnəm əzabı yaşadıb. Bu eşitdikləriniz ermənilərin əllərinə yaylıq alıb havadarları üçün qurub-oynadıqları ssenarilərdən deyildi, bunlar bir-birindən xəbərsiz şəkildə mikrofon qarşısına keçib vətən həsrətini, doğma ocaqda – Xankəndidə yaşadığı dəhşətləri dilə gətirən azərbaycanlıların həqiqəti idi. O azərbaycanlıların ki, indi qurban obrazını canlandırmağa çalışan ermənilər bir zamanlar onların cəlladına çevrilmişdi. O azərbaycanlıların həqiqətləridir ki, beynəlxalq təşkilatlar, dünya dövlətləri illərdir bu həqiqətlərə qulaqlarını bağlayıb, gözlərini yumub. O azərbaycanlıların həqiqətləridir ki, hələ də şəxsiyyət vəsiqələrində daimi yaşayış yerləri Xankəndidir.
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi