Nənə və nəvə kirayədə yaşadıqları evdə yandılar
Zaqatalada fərdi yaşayış evində yanğın olub.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında baş verib. Yanğın Zaqatala şəhəri, Qarabağ küçəsində Reyhan Davud qızı İsmayılova məxsus, ümumi sahəsi 40 kvadratmetr olan, üç otaqdan ibarət fərdi yaşayış evində qeydə alınıb.
Alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin 18 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları və həmin hissədə olan ev əşyaları yanıb.
Yanğın zamanı evdə kirayə yaşayan rayon sakini, 1980-ci il təvəllüdlü Elnarə Məhəmməd qızı Qurbanova və onun körpə nəvəsi 2021-ci il təvəllüdlü Elay Famid qızı Dəmirova müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Elnarə Qurbanova və nəvəsi Elay Dəmirova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu APA TV, Zaqatala
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək