Nəhs günə təyin edilən qətl: Biznesmen sabiq sədri niyə öldürdü? - TOVUZDAKI CİNAYƏTİN İZİ İLƏ
13 sentyabr Tovuzda sabiq məhkəmə sədrinin tanınmış iş adamı tərəfindən güllələnməsi ilə yada qaldı.
APA TV-nin qərb bürosunun məlumata görə, hadisə rayonun Şah İsmayl Xətai küçəsində qeydə alınıb. Rayonun Qədirli kənd sakini 56 yaşlı Firudin Ələkbərli söz gedən küçədə fəaliyyət göstərdiyi Hüquq Məsləhətxanası ofisində odlu silahdan açılan bir neçə atəşlə qətlə yetirilib.
“Hadisə gördüyünüz bu ərazidə qeydə alınıb. Belə ki, hadisəni törədən şəxs Firudin Ələkbərlinin ofisinə gələrək ona odlu silahdan bir neçə atəş açıb. Sonuncu aldığı güllə yarısı ilə xəstəxanaya yerləşdirilib. Həkimləri səyinə baxmayaraq o xəstəxanada dünyasını dəyişib”.
Elə hadisədən birinci xəbər tutan katibə olub. Yaxınlıqda olanlar deyir ki, saat 9:00 radələrində katibə “Firudin müəllimi vurdular” deyə qışqırmağa başlayıb.
Bir neçə güllə yarası alan Firudin Ələkbərli insanların köməkliyi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Araşdırmalar zamanı müəyyən olunub ki, hadisəni törədən rayonun Yanıqlı kənd nümayəndəliyinə tabe olan Məşədilər kənd sakini Əli Şəmiyevdir. Polis və prokurorluq orqanları əməkdaşları şübhəli şəxsi saxlayıb. Mərhumun qardaşı da bildirib ki, qardaşını “Göl” ləqəbli saxlanılan şəxs öldürüb.
Nurəddin Ələkbərlinin sözlərinə görə, qanlı olaya “Göl Əli” ilə qardaşının arasındakı uzun illərin mübahisəsidir. Məsələ Əli Şəmiyevin rayon ərazisində göl salmaq planı başlayıb. Əli Tovuza gələn içməli suyun üstündə hovuz tikmək istəyib.
“Göl Əli”nin yaşadığı Məşədilər kəndində isə tamam ayrı fikirlər səsləndirilir. Əli Şəmiyevin qonşularının sözlərinə görə, hadisəyə səbəb Firudin Ələkbərlinin Əli Şəmiyevdən dəfələrlə yuxarı instansiyalara şikayət etməsi, nəticədə ittiham olunan şəxsin əsəblərinin pozulmasıdır. Əli Şəmiyevin xeyirxah insan olduğunu deyən həmyerliləri onun adam öldürməsinə inana bilmədiklərini dilə gətirir.
Kənd camaatının sözlərinə görə, Əli Şəmiyev onlara daim dayaq olub.
Məşədilər camaatı onu da deyir ki, saxlanılan şəxsin kənd ərazisində tikdirdiyi obyektlərdə əhalinin yarısı işlə təmin olunub. Əli Şəmiyevin kəndin xeyir-şər işlərində də hamıya köməklik etdiyi bildirilir.
Qeyd edək ki, güllələnən Firudin Ələkbərli ötən əsrin sonunda Tovuz Rayon Xalq Məhkəməsinin - indiki Tovuz Rayon Məhkəməsinin sabiq sədri olub. O, 1995-ci ildə fəaliyyətində qanun pozuntusuna görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."