Nəhəng yeni il ağacı TIR-la belə gətirildi
Rusiyada ölkənin əsas yeni il küknarı təntənəli şəkildə Kremlə gətirilib. 90 yaşı olan dekorativ ağac Moskva ətrafındakı Şçelkovo ərazisindəki meşəlikdən TIR-la gətirilib.
APA TV xəbər verir ki, ağacın gətirilmə mərasimini maraqlı edən məqamlardan biri də sürücünün şaxta baba geyimində olmasıdır. Rəsmilərin verdiyi məlumata görə, ağacın uzunluğu 28 metr, eni 10 metr, diametri isə 56 santimetrdir. O da bildirilib ki, mərasim Kreml xüsusi mühafizə xidmətinin əməkdaşları tərəfindən təntənəli olaraq müşayiət olunub.
Yerli mediaya açıqlama verən Rusiya Prezident Administrasiyasının Baş Əməliyyat İdarəsinin rəis müavini Anatoli Koçanov mərasimin təşkilatçılarına xüsusi minnətdarlıq bildirib.
OXŞAR XƏBƏRLƏR
16:29
987
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
1004
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
1554
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
988
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
941
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1823