Neftçalada dənizdə batan 3 gəncin meyiti sudan çıxarıldı
Neftçalada dənizdə batan 3 nəfərin meyiti sudan çıxarılıb. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, iyulun 24-də Neftçala rayonunda “Şaqay” adlanan ərazidə Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə tökülən hissəsində rayonunun Həsənabad kənd sakinləri - 1990-cı il təvəllüdlü Fərid Namiq oğlu Babayev, 1993-cü il təvəllüdlü Fariz Arif oğlu Alkişiyev və 1992-ci il təvəllüdlü Şəhriyar Telman oğlu Nəcəfov çimərkən boğulublar. Hadisə yerinə cəlb edilən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Dövlət Sərhəd Xidmətinə məxsus katerlərin köməyi ilə iki gün davam edən axtarışlardan sonra gənclərin meyitləri tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Qeyd edilir ki, sürətli axının yaratdığı burulğanlar adı çəkilən ərazini çimmək üçün çox təhlükəli yerə çevirir. Bunu nəzərə alaraq aidiyyəti qurumlar xəbərdarlıq edir ki, həmin ərazidə çimmək qəti qadağandır. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."