Neftçalada azyaşlı qıza cinsi təcavüz edən kişi həbs edilib
Neftçala rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı baş verən zorakılıq hadisəsi ilə bağlı yayılan məlumatlar rayonun prokurorluq və polis orqanlarında tam və hərtərəfli araşdırılıb.
APA TV-nin xəbərinə görə, bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir.
Aparılan araşdırmalarla müəyyən olunub ki, 2018-ci ilin mart ayında rayonun Mirqurbanlı kənd sakini, 59 yaşlı şəxs qohumu olan azyaşlı qıza cinsi təcavüz edib. Qeyd olunan hərəkətlərdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlərin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə cinayət işi başlayıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Cinayət əməlində təqsirləndirilən şəxsin barəsində rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar