Neftçala sakini ərzaq almağa girdiyi dükanı alt-üst etdi
Neftçalada ərzaq mağazasında vitrinləri dağıdan şəxs saxlanılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, ötən gün axşam saatlarında Neftçala rayonunun Bankə qəsəbə sakini, 1980-ci il təvəllüdlü Təhməzov Azad Əbülfəz oğlu şəhər ərazisində yerləşən ərzaq mağazasına girərək satıcılardan nisyə mal istəyib. Onun istəyini yerinə yetirməkdən imtina edən satıcılara etiraz əlaməti olaraq əlindəki dəmir parçası ilə vitrinləri dağıtmağa başlayıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov hadisənin Neftçala rayonu Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azad Təhməzov tərəfindən törədildiyini təsdiqləyib.
Hadisəni törədən şəxs RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib
“Halal iqtisadiyyat və İslam maliyyəsi: yeni imkanlar” – MÜSAHİBƏ
IsDB-nin İllik Toplantıları çərçivəsində bir sıra maliyyə və investisiya sazişləri imzalanıb
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib