Neft ucuzlaşmaqda davam edir - ABŞ-ÇİN QARŞIDURMASI FONUNDA
ABŞ-da xam neft ehtiyatlarının gözlənilmədən artması, ABŞ və Çin arasında "ticarət müharibəsi"nin kəskinləşməsi nefti ucuzlaşdırıb.
APA TV-nin məlumatına görə, ABŞ-ın Neft İnstitutunun açıqlamasında qeyd olunur ki, ötən həftə xam neft ehtiyatları 5,59 milyon barel artıb. Analitiklər isə rəsmi hesabatda ehtiyatların azalacağını bildirir.
Məsələ barəsində informasiyası olan mənbələr bildirir ki, ABŞ hökuməti 200 milyard dollarlıq Çin məhsulu üçün nəzərdə tutulan gömrük rüsumunu iki dəfədən çox artıracaq. İki super güc arasında başlayan "ticarət müharibəsi" dünya iqtisadiyyatının genişlənməsinə mane olur, nəticədə enerjiyə tələbat azalır. Neft hasilatının artdığı bir zamanda tələbatın azalması qiymətlərə ciddi təsir edir. Bu səbəbdən iyul ayında "qara qızıl" 7 faiz dəyər itirib.
Sutka ərzində "Brent" nefti 50 sentdən çox ucuzlaşaraq 74,06 dollardan təklif olunur. Qərbi Texas nefti də 1 dollara qədər dəyər itirərək 69 dollardan ucuz satılmağa başlayıb. WTI markası hazırda 68,45 dollardan satılır.
Azərbaycan nefti də ucuzla.ıb. "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 75,75 dollar təşkil edib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."