Neft buruqlarını söküb satan dəstə ifşa edildi - ALICI DA MƏLUMDUR

Bakıda neft buruqlarının mühərrikləri oğurlanıb.

APA TV-nin məlumatına görə, oğurluq faktı Bayılda qeydə alınıb. Səbail polisinə müxtəlif vaxtlarda 5 mühərrikin oğurlandığı barədə məlumat verilib.

Şübhəli şəxslərin izinə düşmək çox vaxt aparmayıb. Paytaxt və İmişli sakinləri - Tərlan İbadovla Elnur Ağayev saxlanılıb.

Mühərrikləri Nizami rayonu ərazisində satdıqlarını etiraf edən şəriklər polisə müştərilərinin obyektini də nişan verib.  Oğurluq mühərriklər maddi sübut kimi götürülüb.

 

Faktla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR