Nazirlik Bəxtiyar Hacıyevlə bağlı AÇIQLAMA YAYDI
İctimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyinin binası qarşısında intihara cəhd edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyev şikayət əsasında aparılan araşdırmaya etiraz edib. Buna görə də o, bu gün saat 14:30-da öz avtomobili ilə nazirliyin inzibati binasının önünə gəlib.
“Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu deyiblər. Bəxtiyar Hacıyev isə maşındakı alışqan mayeni göstərərək özünü də, avtomobili də yandıracağını bildirib. Buna görə də polis əməkdaşları müdaxilə etməyə məcbur qalaraq, qapını açıb yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək bədbəxt hadisənin qarşısını alıblar.
Bəxtiyar Hacıyev isə etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb. Hazırda araşdırma davam etdirilir”, - deyə məlumatda bildirilir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ