Nazirlik aksiya iştirakçılarına XƏBƏRDARLIQ ETDİ
Daxili İşlər Nazirliyi bir qrup şəxs tərəfindən sentyabrın 30-da Milli Məclisin inzibati binası qarşısında aksiya təyin olunması barədə məlumatlara münasibət bildirilib.
DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov APA TV-yə bildirib ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq: “Onlar aksiya keçirmək niyyətləri barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə baxılıb və aksiyanın keçirilməsinin məqsədəuyğun olmaması barədə təşkilatçılara rəsmi cavab verilib.
Buna görə də, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcək. Yeri gəlmişkən, yalan vədlərə inanaraq qanunsuz aksiyada iştirak etmək istəyənləri isə belə hərəkətlərdən çəkinməyə çağırıram”.
Zeyni Hüseynov onu da vurğulayıb ki, ictimai asayişin pozulmasına yönəlmiş bu cür cəhdlərin qarşısı alınarkən polislərlə qanunsuz aksiyanın iştirakçıları arasında baş verə biləcək bütün hadislərin məsuliyyəti həmin razılaşdırılmamış aksiyanın təşkilatçılarının üzərinə düşəcək.
OXŞAR XƏBƏRLƏR
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB