Nazir vəzifədən çıxarılan şəxslərin sayını açıqladı

 

“İl ərzində Təhsil Nazirliyinin nəzarət tədbirləri nəticəsində 6 rayonun Təhsil Şöbəsinin müdiri, 8 məktəb direktoru və 6 nəfər direktor müavininin səlahiyyətlərinə xitam verilib”.

APA TV-nin məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında bildirib: “7 halla bağlı materiallar hüquq-mühafizə orqanlarına göndərilib. 80 nəfər məktəb direktorunun müqaviləsinin uzadılmaması haqqında qərar qəbul edilib. Bununla yanaşı son bir ildə 300-ə yaxın yeni məktəb direktoru təyin edilib”.

 

Təhsil naziri 2020-ci ildən etibarən müəllimlərin mərhələli şəkildə sertifikasiyası məsələsinə başlanacağını da bildirdi: “Sertifikasiya prosesinə başlanması üçün həmin müddəalara uyğun hökumət tərəfindən normativ sertifikasiyanın hansı prinsip və ardıcıllıqla keçirilməsi, qiymətləndirilməsi və bir sıra məsələlər üzərində sənəd təsdiq edilməlidir. Bundan sonra müəllimlərin sertifikasiyası keçirilə bilər".

Qeyd edək ki, “Təhsil haqqında" qanuna edilən dəyişikliyə əsasən, məktəblərdə fəaliyyət göstərən müəllimlərin sertifikasiyasının 5 ildən bir keçirilməsi müddəası nəzərdə tutulub.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR