Nazir Pərviz Şahbazov: “Elektrik enerjisinin istehsalı 3,6% artıb”

 

“Azərbaycanda elektroenergetika sahəsində köklü islahatlar aparılır və bu islahatlar davam etdiriləcək. Bunun nəticəsi kimi son 10 ildə ölkədə elektrik enerjisinin istehsalı 18% artıb”.

APA TV-nin məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, energetika sahəsinin inkişafına dövlət tərəfindən böyük diqqət göstərilir və bu istiqamətin inkişafına dair lazımi işlər aparılmaqdadır: “Aparılan işlər nəticəsində enerji itkiləri 22,6%-dan 10,5%-dək azalıb. Respublikada enerji istehsalı artmaqdadır. Bu ilin 9 ayının nəticələrinə görə, elektrik enerjisinin istehsalı 3,6% artıb. 2020-2021-ci illərdə bu göstəricinin müvafiq olaraq 8 və 10% artacağı gözlənilir”.

Qeyd edək ki, 20 oktyabr Azərbaycanda Energetiklər Günü kimi qeyd olunur. Bu münasibətlə Energetika Nazirliyinin, “Azərişıq” və “Azərenerji” ASC-lərin əməkdaşları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Sonra Azərbaycan energetikləri Şəhidlər Xiyabanında ölkənin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR