Nazir müavininin niyə həbs olunduğu MƏLUM OLDU
Bir neçə gün əvvəl istintaqa cəlb olunan mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev barəsində qətimkan tədbiri seçilib.
APA TV xəbər verir ki, Elnur Əliyev Cinayət Məcəlləsinin 179.4-cü, yəni Xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə məsuliyyətə cəlb edilib.
Onun barəsində yaşayış yerini tərk etmək hüququnu məhdudlaşdıran qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Elnur Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı istintaqa cəlb olunub.
Elnur Əliyev ötən gün Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.
Yeri gəlmişkən qeyd edək ki, bir neçə gün əvvəl həbs edilən Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun da nədə ittiham olunması məlum olub.
Nazirliyin şöbə müdiri xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.
İlkin Nəsibova Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham verilib.
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə