Nazir minatəmizləmə işlərindən danışdı
“Müharibədən dərhal sonra cənab Prezidentin tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə fəaliyyətinə başlanılıb”.
APA TV-nin xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin kollegiya iclasında nazir, general-polkovnik Kəmaləddin Heydərov deyib.
Nazir qeyd edib ki, FHN hazırda minatəmizləmə işlərini sürətlə davam etdirir.
30 ilə yaxın müddətdə işğal altında saxlanılmış və tamamilə viran qoyulmuş torpaqlarda bu gün misli görünməmiş abadlıq-quruculuq və yenidənqurma işlərinin görüldüyünü xatırladan nazir Qarabağ və Şərqi Zəngəzur ərazisinin hazırda böyük bir tikinti meydanına çevrildiyini, nəhəng infrastruktur layihələrinin icra olunduğunu, yaşayış məntəqələrinin tamamilə yenidən qurulduğunu, sənaye, kənd təsərrüfatı və xidmət sektoruna aid müəssisələrin inşa olunduğunu qeyd edib.
Böyük sürətlə icra olunan bu işlərdə aidiyyəti üzrə təhlükəsizliyin, o cümlədən yanğın təhlükəsizliyi, tikintidə, sənaye və dağ-mədən işlərində təhlükəsizliyin, radioloji təhlükəsizliyin təmin olunması istiqamətində Nazirliyin qurumları tərəfindən intensiv iş aparıldığı bildirilib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ