Nazir məktəbli formalarından DANIŞDI
Yeni məktəbli formaları ilə bağlı problemlər bəzən valideynlərin məlumatsızlığı, bəzən də doğru ünvanlara müraciət etməmələri səbəbindən ortaya çıxır.
APA TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Elm və Təhsil Nazirliyi məktəbli formalarının satışı, tikişi ilə məşğul olan qurum deyil: “Biz yalnız həmin formaların nümunəvi, tövsiyə edilən formada olmasına nəzarət edirik. Burada məcburiyyət yoxdur. Burada məktəb kollektivi və məktəbin qərarı olmalıdır. Ümumilikdə formaların olmasını məqsədəuyğun hesab edirik. Əgər məktəbli formaları ilə bağlı məcburiyyət halı olarsa, valideynlər Bakı Şəhəri Təhsil İdarəsi və regional idarələrə müraciət etməlidirlər. Bu halda, həmin müraciətlərə baxıla və ölçü götürülə bilər”.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."