Nazir Kəmaləddin Heydərov yanğın baş verən boya fabrikinə gəlib
Bakının Binəqədi rayonu 7-ci mikrorayon ərazisində “Sobsan” boya fabrikində başlanan yanğın davam edir.
APA TV-nin xəbərinə görə, Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gəlib.
Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev də hadisə yerindədir.
FHN tərəfindən ərazidə yaradılan Qərargahdan verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları saat 20:12-də çıxış edib və ilk yanğınsöndürən maşını saat 20:19-da hadisə yerinə çatıb. Əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib, 5 Təcili Tibbi Yardım briqadası göndərilib.
Yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların FHN-in müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi